Polisin sərxoş olması azyaşlının ölümünə səbəb oldu - Ağır yol qəzası
Prokurorluq Aragvispiri kəndi yaxınlığında azyaşlı uşağın ölümünə səbəb olan avtomobil qəzası ilə əlaqədar bir polis məmurunu gözaltına alıb.
Aktual.ge yerli mətbuata isitnadən xəbər verir ki, istintaq müəyyən etdi ki, 26 iyul 2020-ci ildə Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti şöbəsinin Duşeti rayonu polis şöbəsinin inspektoru V.F sərxoş vəziyyətdə avtomobili ilə Stepantsminda istiqamətində hərəkət edirmiş.
Məlumata əsasən, Aragvispiri kəndinin yaxınlığında V.F. piyada keçidində azyaşlı L.Z olduğu avtomobilə vurub. Yeniyetmə xəstəxanaya aparılarkən yolda həyata gözlərini yumub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsinə uyğun olaraq aparılır.