Mövlud Çavuşoğlundan Cavad Zərifə: “Ərdoğanı hədəf alan açıqlamalar qəbuledilməzdir”
12.12.2020 22:41
745
Dünya
A
Mövlud Çavuşoğlundan Cavad Zərifə: “Ərdoğanı hədəf alan açıqlamalar qəbuledilməzdir”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb. Aktual.ge xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb. Qeyd edilib ki, M.Çavuşoğlu iranlı həmkarı ilə danışarkən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanı hədəf alan açıqlamaların qəbuledilməz olduğunu bildirib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeirə və çıxışına İran XİN-də siyasi xarakter verilib, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub. İran mətbuatında Türkiyə Prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc edilib. Dünən isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılıb.
ŞƏRH YAZ
0