Gürcüstanda yanacaq bahalaşıb
28.07.2020 12:29
871
İqtisadiyyat
A
Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda son ay yarımda yanacağın qiymətində artım qeydə alınıb. Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib. Adi YDM-lərdə yanacaq orta hesabla 30 tetri, brend YDM-lərdə isə 5-8 tetri bahalaşıb. Birliyin sədri Vano Mtvralaşvili qiymət artımını dünya bazarlarında neft məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması ilə izah edib. "Əsas səbəb neft məhsullarının, benzinin, dizelin beynəlxalq qiymətlərinin son iki ayda ardıcıl olaraq bahalaşmasıdır. Pandemiya səbəbindən may ayının ortalarına qədər neftin qiymətində ciddi azalma oldu, bu isə neft istehlakının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdu. Lakin dünyanın bir çox aparıcı ölkəsi məhdudiyyətləri qaldırmağa başladıqdan sonra iqtisadiyyat yenidən başladı",-deyə O bildirib.
ŞƏRH YAZ
4