Avropa Şurası yoxsa NATO? - Anketin nəticəsi
“Gürcüstan xalqı Avropa Birliyi və NATO-ya üzv olmağa qətiyyətlə dəstək verir”
Aktual.ge xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutunun (NDI) 2020-ci il iyun ayında keçirilən ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Sorğuya əsasən Avropa və Avro-Atlantik İttifaqlara qarşı dezinformasiya kampaniyalarına baxmayaraq gürcülər Avropa İttifaqına 76%, NATO üzvlüyünə isə 69% qətiyyətlə dəstək verirlər. Lakin Avropa İttifaqına üzvlük respondentlərin 8% -i üçün, NATO'ya üzvlük isə 11% üçün qəbuledilməzdir.
Anketə əsasən respondentlərin 59% -i Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasından daha çox fayda əldə edəcəyini düşünür, 11% isə Gürcüstanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılması əvəzinə Avropa və Avro-Atlantik inteqrasiyasını rədd edəcəyi təqdirdə daha çox fayda verəcəyini fikirləşir.
Mənbə: ipn.ge