Diqqət! Bu qəpiklər ləğv olunur
28.07.2020 20:37
419
İqtisadiyyat
A
Diqqət! Bu qəpiklər ləğv olunur
Bir və iki tetrilik sikkə pulların dövriyyəsi 2020-ci ilin sonunda başa çatır Gürcüstan Milli Bankı vətəndaşlara bir və iki tetrilik denominasiya sikkəsinin ödəniş vasitəsi kimi istifadə müddətinin 2020-ci ilin sonunda başa çatacağını xatırladır. Aktual.ge məlumat verir ki, bu barədə Milli Bank məlumat yayıb. Milli Bankdan verilən məlumata əsasən, 2021-ci il yanvarın 1-dən etibarən bir və iki tetrilik denominasiya sikkəsi, Gürcüstanda fəaliyyət göstərən kommersiya bankları və Gürcüstan Milli Bankı vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsilə ömür boyu mübadilə ediləcəkdir. Gürcüstan Milli Bankı haqqında Üzvi Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixindən etibarən bir tetri nəğd ödəmə prinsipi yuvarlaqlaşdırma metoduna dəyişdirilib. Yuvarlaqlaşdırma üsulu yalnız vahid olaraq nəğd ödəniş prosesində, həm də bir neçə məhsul və ya xidmətin ümumi dəyərində yayılmışdır. Nəğdsiz ödəniş zamanı isə bir tetrinin dəqiqliyi ilə ödənilməsi mümkündür.
ŞƏRH YAZ
1