Marneulidə bələdiyyə binası qarşısında etiraz aksiyası baş tutub
29.07.2020 15:00
774
Maraqlı
A
Marneulidə bələdiyyə binası qarşısında etiraz aksiyası baş tutub
Bu gün Sadaxlı inzibati birliyinə aid Burma Təzəkənd kənd sakinləri Marneuli meriyası binası qarşısında etiraz aksiyası keçiriblər. Aktual.ge xəbər portalına kənd sakinlərinin verdiyi məlumata görə etiraz aksiyasına səbəb Burma Təzəkənd kəndinin daxili yollarının bərbad və yararsız olmasıdır. Onların sözlərinə görə Marneuli meri Zaur Darğallı kənd sakinlərinə yolların bərpa olunması barədə vədlər versə də yerinə yetirilməyib. "Kəndimizin daxili yolları çox bərbad haldadır və biz kənd sakinləri olaraq çox çətinlik çəkirik. Hətta təcili tibbi yardım da yol ucbatından kəndə daxil ola bilmir. Ötən seçkilərdə birinci Burma və Təzəkəndin yollarının bərpa olunacağını dedilər ancaq Xuldərə və Mollaoğlu kəndlərinin yolları təmir olundu. Bizim kəndin yolları isə eləcə də qaldı. Üç gün əvvəl Zaur bəy bizimlə telefon vasitəsilə əlaqə saxlayaraq büdcədə 1 200 000 larinin olduğunu və çərşənbə günü gəlin görüşək dedi" - deyə kənd sakinləri bildirib. Məsələ ilə əlaqədar olaraq Marneuli meri müavini Zaur Tabatadze kənd sakinləri ilə görüşüb və kəndə gedən yolun bərpa edilməsi layihəsinin artıq hazır olduğunu və İnfrastruktur Nazirliyinə göndərildiyini bildirib. "Həqiqətən Burma Təzəkəndə və Təzəkəndə gedən yol təmir edilməlidir və Marneuli meriası bu barədə 2019-cu ildə qərar qəbul etmişdir. Layihə artıq hazırlanmış və İnfrastruktur Nazirliyinə göndərilmişdir. İndi onlardan maliyyələşdirmə gözləyirik. Maliyyələşdirmə olan kimi layihənin həyata keçirilməsinə başlanılacaq" - deyə Tabatadze əlavə edib.
ŞƏRH YAZ
1