Gürcüstanda koronavirusun ikinci dalğası ilə bağlı yeni proqnoz verilib
29.07.2020 17:14
1898
Sağlamlıq
A
Gürcüstanda koronavirusun ikinci dalğası ilə bağlı yeni proqnoz verilib
Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze Gürcüstanda koronavirusun ikinci dalğası ilə bağlı yeni proqnoz açıqlayıb. Aktual.ge Newsbureau istinadən xəbər verir ki, o, ölkədə payız aylarında ikinci dalğanın olmayacağını istisna etməyib. “Gürcüstanda ikinci dalğa ya olmayacaq, ya da birinci dalğadan daha yüngül olacaq”, – o deyib. Həkim ölkədəki epidemioloji vəziyyəti çox yaxşı qiymətləndirdiyini qeyd edib. T. Tsertsvadze əlavə edib ki, sərhədlərin açılmasından sonra belə koronavirusa yoluxma halları əhəmiyyətli dərəcədə artmayacaq.
ŞƏRH YAZ
6