Marneulidə yetkinlik yaşına çatmayan qızı qaçıran 3 nəfər SAXLANILIB (VİDEO)
29.07.2020 19:12
2671
Kriminal
A
Marneulidə yetkinlik yaşına çatmayan qızı qaçıran 3 nəfər SAXLANILIB (VİDEO)
Marneuli rayonunda yeniyetmə qızı evlənmək məqsədilə qaçırmaqda ittiham olunan üç nəfər saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, 1995, 1998 və 1988-ci il təvəllüdlü saxlanılan şəxslər Marneulinin kəndlərindən birində yaşayan 15 yaşlı qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. Yeniyetmənin zorlandığı qeyd olunub. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. . Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a" və "d" yarımbəndləri, habelə 137-ci maddənin 4-cü hissəsinin "c" yarımbəndinə əsasən istintaq davam edir. Saxlanılan şəxsləri 7 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir
ŞƏRH YAZ
9