Mixeil Sakaaşvili Gürcüstan azərbaycanlıları haqqında danışdı -
29.07.2020 20:39
1775
Siyasət
A
Mixeil Sakaaşvili Gürcüstan azərbaycanlıları haqqında danışdı - "Hakimiyyət onlarla oyun oynaya bilməz"
"Son iki seçkilər zamanı Gürcüstanın müasir tarixində ilk dəfə olaraq Gürcüstan azərbaycanlıları müxalifətə səs verdilər. Bu mənim üçün çox əlamətdardır". Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvil Azərbaycanın İctimai telekanalına müsahibəsində söyləyib. "Gürcüstan azərbaycanlıları gürcülər ilə yanaşı özlərini ölkənin sahibi hiss edirlər və ona görə məsuliyyət daşıyırlar. Mövcud hakimiyyət onlarla oyun oynaya bilməz, onlar Gürcüstanın vətənpərvərləridir. Onlar Gürcüstan üçün çox iş görüblər və gələcəkdə də görəcəklər. Düşünürəm ki, biz onları Gürcüstan hökumətinə daha çox inteqrasiya etməliyik, çünki onlarda böyük Gürcüstan cəmiyyətinin üzvləridir. Bu nöqteyi nəzərdə Gürcüstan azərbaycanlıları təzyiqə və hədələrə rəğmən bu seçkilərədə əsl vətənpərvərlər kimi baxıb azad seçim etməlidirlər",-deyə M.Saakaşvili qeyd edib.
ŞƏRH YAZ
0