Marneulidə Qurban bayramı namazı qılınacaq
29.07.2020 21:16
1056
Din
A
Marneulidə Qurban bayramı namazı qılınacaq
Marneuli rayonundakı İmam Əli (ə.s) Məscidində ərəfə günü və Qurban bayramı namazı qılınacaq. Aktual.ge xəbər verir ki, bu barədə sözegedən məscidin fəal üzvü Anar Piriyev məlumat yayıb. Məlumata əsasən, 30 iyul səhər saat 06:00-da ərəfə duası oxunacaq, 31 iyul cümə günü saat 09:00-da isə Qurban bayramı namazı qılınacaq. İmam Əli (ə.s) Məscidi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib və kəsilən qurbanların qəbul olunmasını diləyib.
ŞƏRH YAZ
0