Əfv Qanunu həbs olunan tələbələrə də şamil edilə bilər
30.12.2020 12:37
374
Kriminal
A
Əfv Qanunu həbs olunan tələbələrə də şamil edilə bilər
" “Əfv haqqında” qanunun həbsxanada olan tələbələrə də şamil edilməsi istiqamətində təşəbbüslər mövcuddur". Aktual.ge xəbər verir ki, bunu Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Mixeil Sarcveladze deyib. O, "Əfv haqqında" qanunun Hüquq İşləri Komitəsinə təqdim edilməsi zamanı həbsdə olan tələbələr barəsində məhkumun ev dustaqlığına köçürülməsindən söhbət getdiyini bildirib. "Bizim də təşəbbüslərimiz var və bunun üzərində işləyirik, sadəcə statistik məlumatların işlənməsi, imkanları və mənbələri təhlil etmək lazımdır. Həbsxana ilə paralel təhsil alan tələbələrə əfv verilməsini istəyirik. Çox yaxşı olacaq, amma əfv burada da qeyd-şərtsiz olmayacaq və bu cəzanın ev dustaqlığına dəyişdirilməsini düşünürük. Bu, bir tərəfdən əhəmiyyətli bir addım olacaq. Müzakirələr zamanı bu məsələ daha çox aydınlıq qazanacaq və nəticədə daha yaxşı qərar vermək fürsəti əldə edəcəyik", - deyə Mixail Sarcveladze əlavə edib.
ŞƏRH YAZ
0