Poniçalada (Soğanlıq) çox sayda narkotik alverçiləri saxlanıldı (VİDEO)
30.12.2020 13:02
1125
Kriminal
A
Poniçalada (Soğanlıq) çox sayda narkotik alverçiləri saxlanıldı (VİDEO)
Paytaxt Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və satışında ittiham olunan 9 nəfər saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların yaşadıqları evlərdə aparılan axtarış zamanı heroin və metadon tərkibli narkotik vasitələr, pul və mobil telefonlar maddi sübut kimi müsadirə edilib. Faktla bağlı cinayət işi açılıb. Narkotik alverçilərini 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
ŞƏRH YAZ
1