DİN: “Neft və qaz-boru kəmərlərinin təhlükəsizliyi təmin edilir”
30.07.2020 10:37
268
Maraqlı
A
DİN: “Neft və qaz-boru kəmərlərinin təhlükəsizliyi təmin edilir”
“Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizə Departamenti Bakı-Tbilisi-Ceyhan neft-boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum Cənub Qafqaz qaz-boru kəmərinin, Supsa neft terminalının və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir”. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanatda qeyd olunub ki, nazirliyin Strateji Boru Kəmərlərinin Mühafizə Departamenti Yağlıca təlim atış poliqonunda taktiki təlim keçirib. Təlimdə Daxili İşlər Nazirinin müavini İoseb Çelidze, Strateji Boru Kəmərləri Mühafizəsi Departamentinin direktoru Zurab Çabaşvili və Nazirliyin müxtəlif şöbələrinin rəhbərləri iştirak ediblər. Taktiki təlimin məqsədinin Strateji Boru Kəmərlərinin Mühafizə Departamentinin hazırlıq səviyyəsini nümayiş etdirmək olduğu bildirilib.
ŞƏRH YAZ
0