Gürcüstanda hər keçən gün COVİD-19 yoluxma sayı artır
30.07.2020 10:35
414
Sağlamlıq
A
Gürcüstanda hər keçən gün COVİD-19 yoluxma sayı artır
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 5 yoluxma halı qeydə alınıb. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1160 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6489 nəfər karantində saxlanılır, 337 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 935 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.
ŞƏRH YAZ
5