Qazaxıstanda Gürcüstan vətəndaşı qətlə yetirilib
30.07.2020 15:56
1778
Kriminal
A
Qazaxıstanda Gürcüstan vətəndaşı qətlə yetirilib
Qazaxıstanda bir nəfər Gürcüstan vətəndaşı öldürülüb. Aktual.ge xəbər verir ki, məlumatı Telavi Bələdiyyəsinin Şalauri kəndindəki 42 yaşlı Levan Qremelaşvilinin kəndliləri təsdiqləyib. Onların sözlərinə görə o, bir neçə ay əvvəl Gürcüstandan bizneslə məşğul olmaq üçün Qazaxıstana gedib. Ailə üzvləri hadisəni şərh etmir. Qonşular isə qətlin dəqiq səbəbini bilməsələr də şəxsi öldürənin cinayəti etiraf edən hansısa bir gürcü tanışının olduğunu bilirlər. Qremelaşvili soyuq silahla öldürülüb. O, xəstəxanaya çatdırılmamış dünyasını dəyişib. Yayılmış məlumata əsasən o, ölümündən əvvəl qatilin kim olduğunu bildiribmiş və hüquq-mühafizə orqanlarının əməkdaşları onu vaxtında izləyiblər. Ailə köçürmə məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə daim təmasdadır. Mənbə: mpn.ge
ŞƏRH YAZ
3