Tbilisidə avtonəqliyyat hadisəsi baş verib
04.01.2021 16:21
498
Kriminal
A
Tbilisidə avtonəqliyyat hadisəsi baş verib
Tbilisidə, Kür çayının sol sahilində Ədliyyə binası yaxınlığında avtomobil qəzası baş verib. Aktual.ge xəbər verir ki, üç avtomobil bir-biri ilə toqquşub. Xoşbəxtlikdən hadisə nəticəsində itki yoxdur. Təcili yardım qrupu yaralanan iki nəfəri xəstəxanaya aparıb. Hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər və hazırda hadisə ilə əlaqədar istintaq başladılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin insan sağlamlığına ziyan vuran nəqliyyat təhlükəsizliyi və ya nəqliyyat vasitəsinin istismarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 2-ci hissəsi ilə başlanıb.
ŞƏRH YAZ
6