Qurban ətini ət-çəkən maşınla çəkmək və ya kabab etmək olar? - İlahiyyatçıdan açıqlama
30.07.2020 19:35
897
Din
A
Qurban ətini ət-çəkən maşınla çəkmək və ya kabab etmək olar? - İlahiyyatçıdan açıqlama
Sabah 31 iyul dünya müsəlmanları kimi Gürcüstanda yaşayan müsəlmanlar da Qurban bayramını böyük sevinc hiss ilə qeyd edəcək. Müsəlmanların yaşadığı şəhərlərdə və kəndlərdə qurban bayramı namazı qılınacaq, qurbanlıqlar kəsiləcək və bayram keçiriləcək. Qurban bayramında ölkəmizdəki müsəlmanları maraqlandıran məsələlərdən biri də qurbanlıq ətindən hazırlanan yeməklərin növüdür. Şaiələrə görə, qurban ətindən kabab olmaz və ya həmin əti ət-çəkən maşınla çəkmək doğru deyil habelə bir sıra da suallar çıxır ki, bəs qurbanı kəsdikdə necə paylanılmalıdır? Bu barədə Aktual.ge xəbər portalının ilahiyyatçı köşə yazarı Kamran Məmmədov sözügedən suallara aydınlıq gətirib. Onun sözlərinə görə, Qurban bayramı İslamın ən önəmli bayramlarından biri hesab olunur. Bu bayramda qurban kəsmək çox bəyənilmiş iş hesab olunur. Qurban sözü ərəbcədən tərcümədə yaxınlaşmaq mənasına gəlir və müsəlmanlar bir mənada qurbanlar kəsib və yoxsullara paylayaraq onların könlünü almaqla Allaha yaxınlaşırlar. Məndə öz növbəmdə bütün Gürcüstan və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm. K.Məmmədov qurbanlıq ətinin kabab olması və ya çəkilməsi mövzusu ətrafında yayılan şaiələri belə münasibət bildirib: "Qurban ətindən istifadəyə gəldikdə isə bunu qeyd edim ki, qurban ətini haram və günah süfrələrdən başqa süfrələrdə istifadə etmənin heç bir qadağası yoxdur. Eyni zamanda bişirilməsi haqqında konkret olaraq dinimizdə bir göstəriş yoxdur, yəni qurban ətini istənilən halal formada bişirmək olar". Qurbanlıq ətin necə bölünməsini məsələsinədə aydınlıq gətirən ilahiyyatçı deyib: Qurban ətindən neçə pay bölünməsi haqqında bəzi hədislərdə qeyd olunur ki, məsum imamlarımız tövsiyələrində qurban ətini üç yerə bölməyi tövsiyə ediblər: qonşular, kasıblar və qurban kəsənin öz ailəsi. Əlbəttə buna da diqqət etmək lazımdır ki, əgər bir şəxs qurban kəsməyə niyyət etdiyi zaman onun ətini yalnız kasıblar arasında paylayacağını nəzr edirsə bu zaman gərək qurbanı kəsdiyi zaman ətini yalnız kasıblara paylasın.
ŞƏRH YAZ
3