İran Ukraynaya təyyarə qəzası ilə bağlı təzminat ödəməyə hazırdır
31.07.2020 02:01
253
Dünya
A
İran Ukraynaya təyyarə qəzası ilə bağlı təzminat ödəməyə hazırdır
Rəsmi Tehran 2020-ci ilin əvvəllərində Ukrayna təyyarəsinin aviaqəzası ilə bağlı təzminat ödəməyə hazırdır. Aktual.ge Report-a istinadls xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmisi Abbas Musəvi bildirib. "İran təyyarə üçün kompensasiya ödəməyə razılaşdı, ancaq bu məsələnin reallaşdırılması vaxt aparacaq və texniki, hüquqi nöqteyi-nəzərdən müxtəlif aspektlərə malikdir", - Ukrayna ilə sərnişin təyyarəsi üzrə danışıqları şərh etmiş Musəvi deyib. İran xarici siyasət idarəsinin nümayəndəsi həmçinin əlavə edib ki, qəzada ölən bir çox sərnişinlər İran vətəndaşları olub (İranlıların bəzilərinin ikili vətəndaşlığı olub, amma ölkə onları öz vətəndaşı hesab edir). O həmçinin qeyd edib ki, ukraynalılara görə danışıqlar davam edəcək. XİN rəsmisi vurğulayıb ki, hadisəyə görə rəsmi Tehran məsuliyyət daşıyır. Kiyevə reys yerinə yetirən "Ukrayna Beynəlxalq Hava Yolları"nın “Boeing 737-800” təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran aeroportundan uçuşdan az sonra qəzaya uğrayıb. Hadisə zamanı 176 nəfər həlak olub. Onların arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub.
ŞƏRH YAZ
2