Gürcüstanda koronavirusa yoluxanların sayı hər keçən gün artır
330
Sağlamlıq
A
Gürcüstanda koronavirusa yoluxanların sayı hər keçən gün artır
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 8 yoluxma halı qeydə alınıb.  Aktual.ge-nin verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.   Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1168 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6596 nəfər karantində saxlanılır, 327 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 940 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.
ŞƏRH YAZ
5