Qardabanidə koronavirusa yoluxanların sayı yenə artdı
31.07.2020 14:07
313
Sağlamlıq
A
Qardabanidə koronavirusa yoluxanların sayı yenə artdı
Qardabani rayonunda koronavirusa 5 yeni yoluxma halı aşkarlanıb. Aktual.ge xəbər verir ki, bununla da bələdiyyə üzrə yoluxma göstəricisi 61 nəfərə çatıb. Halların 37-si Qaracalar kəndində qeydə alınıb.  Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsini icra edən Lia Giqauri bu gün Qaracalar kəndində olub. O, Qardabani rayon rəhbərliyinə koronavirusla bağlı gürcü və Azərbaycan dillərində olan 5 mindən çox məlumatlandırıcı vərəqə təqdim edib. L.Giqauri deyib ki, məlumatlandırma ilə yanaşı vətəndaşları koronavirus təhlükəsinin real olduğuna inandırmaq vacibdir. 
ŞƏRH YAZ
0