Ozurqetidə Qurban bayramını qeyd edən ailəyə əl bombası atıldı (FOTO)
31.07.2020 16:01
2188
Kriminal
A
Ozurqetidə Qurban bayramını qeyd edən ailəyə əl bombası atıldı (FOTO)
Ozurqetidə Baileti icmasının Axalsopeli kənd sakini Zurab Ebralidzenin ailəsi ilə birgə yaşadığı evə qumbara bombası atılıb. Aktual.ge Mtavari.Tv-yə istinadən xəbər verir ki, hadisə səhər saatlarında, ailənin Qurban Bayramını qeyd etdiyi zaman baş verib. Ailə üzvlərinin sözlərinə görə, hadisə nəticəsində evin ikinci mərtəbəsi yararsız hala düşüb, pəncərələr sınıb, evin divarları çartlayıb. “Az qala dördümüz də öləcəkdik. Evə atılan əl bombası idi. Bu Əfqanistan müharibəsi deyil ki? Hər an qorxu içində yaşıyırıq, necə hərəkət etməli olduğumuzu bilmirik. Əgər aidiyyatı qurumlar bu məsələni də araşdırmasalar o zaman bu ölkədə mühafizə yoxdur deməkdir", – deyə zərər çəkmiş ailə üzvləri bildiriblər. Qeyd edək ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib. Xatırladaq ki, Ebralidze ailəsi 4 il əvvəl də qarət edilmiş, bu zaman ailə başçısı hücum edənlərdən birini ov tüfəngindən atəş açaraq yaralamışdı.
ŞƏRH YAZ
1