Qaracalar ayağa qalxdı- "Yolları açın" (FOTO)
Qardabani rayonunun Qaracalar kəndinin sakinləri etiraz aksiyası keçiriblər.
Aktual.ge xəbər verir ki, kənd sakinləri Qaracalar kəndinin girişində karantin rejiminin qaldırılmasını tələb edərək etiraz aksiyası keçiriblər.
Etirazçılar Qaracalardakı insanların koronavirusa yoluxduğuna inanmırlar, buna görə də normal həyat ritminə qayıtmaq üçün kəndi yenidən açmaqın vacib olduğunu bildiriblər. Etirazçılar kəndin bağlanması səbəbindən iş yerlərini və gəlirlərini itirdiklərini deyiblər.
“Bazarda kənt təsərrüfatı malları sataraq gəlir əldə edən 300-400 ailə bu gün acdır. Ya kəndi açsınlar işlərimizə davam edək ya da hökumət bizlərə yardım ayırsın",- deyə aksiya iştirakçılarından biri qeyd edib.
Bununla yanaşı, etiraz edənlərin bəziləri maskasız olduğundan yerli hakimiyyət orqanları onlara tibbi maskalar paylayıb. Hadisə yerinə hüquq mühafizəçiləri cəlb olunub.
Kvemo Kartli qubernatoru Şota Rexviaşvili əhalini tövsiyələri yerinə yetirməyə çağıraraq, virusun yayılmasının qarşısını almaq məqsədi ilə kəndin bağlandığını ifadə edib.
Qeyd edək ki, indiyədək Qaracalar kəndində 37 nəfərdə COVID-19 aşkarlanıb.