Tbilisidə ürək dağlayan hadisə - Uşaq 6-cı mərtəbədən...
Tbilisinin Qldani rayonunda azyaşlı yaşayış binasının 6-cı mərtəbəsindən yıxılıb.
Aktual.ge yerli mənbələrə istinadən xəbər verir ki, uşaq 6-cı mərtəbədən yıxılması nəticəsində yerindəcə keçinərək dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yerli mətbuata bildirilib ki, hadisə Cinayət Məcəlləsinin intihar etməsini nəzərdə tutan 115-ci maddəsi ilə araşdırılır.