Tbilisidə və Marneulidə N.Nərimanovun 150 illiyi qeyd olunub - FOTO
31.07.2020 19:50
1103
Siyasət
A
Tbilisidə və Marneulidə N.Nərimanovun 150 illiyi qeyd olunub - FOTO
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM), Nərimanovun xatirə muzeyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə 31 iyul tarixində Tbilisidə həkim, yazıçı, publisist Nəriman Nərimanovun xatirə muzeyində anadan olmasının 150 illiyi qeyd edilib. Bu barədə Aktual.ge xəbər portalına GAİM-dən məlumat verilib. Məlumata əsasən, sözügedən mərasimi giriş sözü ilə açan GAİM-in icraçı direktoru Aygül İsəyeva, N.Nərimanovun həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verib və Nərimanovu iki xalq arasında, Azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu” olaraq adlandırıb. Sonra N.Nərimanovun xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi işçisi Leyla Əliyeva, Gənc Vətənpərvərlər İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Tengiz Məmmədov, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, GAİM-in Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri çıxış edib və onlar Nərimanovun dahi şəxsiyyət olmasını, Gürcüstanda adının yaşadılmasının mühüm olmasına vurğu ediblər. Daha sonra GAİM-də təhsil alan gənclər N.Nərimanovun oğlu Nəcəfə ünvanladığı məktubu oxuyublar. Kamança və opera ifaçısı Şəbnəm Asıfqızı isə mərasim boyunca könül oxşayan musiqilər səsləndirib. Sonda isə tədbir iştirakçıları Marneulidə N.Nərimanovun abidəsini ziyarət edib, abidə önünə çiçəklər düzüb əklil qoyublar.
ŞƏRH YAZ
2