Atif Abbasovdan siyasətçilərə tövsiyə -
31.07.2020 20:38
589
Siyasət
A
Atif Abbasovdan siyasətçilərə tövsiyə - "Yaxşı siyasətçi olmaq"
Əgər siyasətin sadə bir tərifini edəcək olursaq, siyasət insanları idarə və təmsil edən, dövlət ilə vətəndaş arasında əlaqələri quran bir idarə etmə sənətidir deyə bilərik. Siyasətdə çox partiyalı sistem demokratiyanın başlıca əsaslarından biridir. Seçkilərdə barajı keçən qanunverici orqanı olan parlamentdə vətəndaşları təmsil edirlər. Parlamentdə bir çox partiyanın nümayəndəsinin olması, ölkədə olan fərqli fikirlərin və ideologiyaların təmsil olunması deməkdir. Demokratik seçkilər azad və gizli səsvermə yolu ilə baş tutur. İlk növbədə siyasətçi olmaq istəyən şəxsin liderlik xüsusiyyətləri daşıması vacibidir. Şəxsi bacarıqları və xüsusi keyfiyyətlərə malik olmalıdır. Geniş bir toplumu yəni seçici kütləsini arxasınca aparmağı bacarmalıdır. Buna görədə siyasi partiyaların başında olan şəxslərin liderlik xüsusiyyətlərinə sahib olması seçicilərə təsir edən önəmli nüanslardan biridir. Bu xüsusiyyətlər arasında danışma bacarığı, razı salma, təhsilli və bilgili, dürüst, adil, əxlaqlı, güvənilir, möhkəm iradəli, səmimi, xalq arasında hörmətinin olması, insanları birləşdirməyi və problemlər ilə baş etməyi bacarmalı, yerində qərar verə bilməli, güclü xarakterə sahib və xarizmatik olması çox önəmlidir. Yuxarıda saydıqlarım bir lider olmaq üçün vacib olan xüsusiyyətlərdir. Siyasətçi heç olmasa bu xususiyyətlərdən çoxsuna sahib olmalıdır. Siyasətdə bəzi hallarda cinsiyyətin, dini, etnik kimliyin və fiziki qüsurlarında təsiri olur. Empati qurmaq yəni özünü qarşındaki insanın yerinə qoyaraq onun duyqu və düşüncələrini anlamaya çalışmaq və ona görə davranmaqdır. Siyasətçi özünü xalqın yerinə qoyaraq onları anlamaldır. Empati qurmaq hər sahədə önəmlidir. Siyasətçi seçicilərin yaşadığı bölgələrin iqtisadi vəziyyətini, adətlərini, mədəniyyətini, ictimai xarekterlərini, siyasi davranışlarını, təhsil səviyyələrini və ictimai problemlərini bilməlidir. Qısacası siyasətçilərin seçicilər ilə empati qurması çox önəmlidir, bu seçicilərdə güvən, səmimiyyət hissi yaradır və beləliklə insanların rəğbətini qazanmış olur. Seçkilərdə partiyalar və siyasətçilər əgər uğur əldə etmək istəyirlərsə proqramlı və disiplinli yəni intizamlı çalışmaq məcburiyyətindədirlər. Bölgədə yaşanan təcrübələr diqqətə alınaraq seçki proqramı hazırlanmalıdır. Bütün seçicilərə yaş həddi qoyulmadan seçki proqramına daxil edilməlidir. Söz olsun diyə seçicilərə boş vədlər verməməlidirlə\r. Seçicilər arasında yekəxanalıqdan və göstərişdən uzaq durmalı, kasıb və varlı fərqi qoymamalıdırlar. Partiyalar və namizədlər seçkilərdə səs verəcək təbəqənin üzərində çalışmalıdır. Səsvermə bazası yüksək olan təbəqə ilə münasibətini yaxşı saxlamalıdır. Seçkilər dinamik bir komanda işidir. Komandaya hər bir bölgədən olan hörmətli insanlar, aktiv gənclər və hər iki cinsin təmsilciləri cəlb olunmalıdır. Qeyd: Yuxarıda yazılmış olanlara, siyasətcilər və seçicilərin diqqət etməsində fayda var. Atif Abbasov Aktual.ge xəbər portalının Siyasi tarixçi köşə yazarı.
ŞƏRH YAZ
5