Qadın yeni doğulmuş körpəsini zibil çəninə atdı - İRƏVAN
01.08.2020 09:42
258
Dünya
A
Qadın yeni doğulmuş körpəsini zibil çəninə atdı - İRƏVAN
İrəvanda qadın yeni doğulmuş körpəsini polietilen torbada zibil çəninə atıb. Aktual.ge Redaktor-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, sözügedən qadın saxlanılıb. Məlumata görə, hadisə iyulun 29-da baş verib. İrəvanın Kanaker-Zeytun inzibati rayonundakı xəstəxanaya qanaxma ilə 31 yaşlı qadın gətirilib. Məlum olub ki, qadın iş yerində uşağı doğub və polietilen torbaya bükərək zibil çəninə atıb. Son zamanlar Ermənistanda yeni doğulan körpələrin atılması hallarına dair tez-tez məlumatlar yayılır. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında 7578 körpə dünyaya gəlib. Bu, 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 374 körpə azdır. 2018-ci ildə isə 7952 körpə doğulub. “Manuk” İnformasiya Mərkəzinin məlumatına əsasən, 2019-cu ildə valideynləri imtina edən körpələrin sayı 34, 2018-ci ildə isə bu göstərici 33 nəfər olub.
ŞƏRH YAZ
2