Quriada dini zəmində gərginlik davam edir - VİDEO
13.01.2021 20:30
950
Siyasət
A
Quriada dini zəmində gərginlik davam edir - VİDEO
Quria bölgəsinin Çoxatauri rayonunun Buknar kəndində xristian və müsəlmanlar arasında vəziyyət daha da gərginləşib. Aktual.ge "MtavariArxi"yə istinadən xəbər verir ki, kənd mərkəzində hər iki tərəf - müsəlmanlar və xristiyanlar aksiya keçirib. Buknari kəndinin mərkəzində ilk öncə xristiyanlar məscidin tikilməməsi tələbi ilə toplanmağa başlasalar da, sözügedən kəndin digər bir hissəsində toplaşan müsəlmanlar isə hökumət rəsmilərinin onlarla görüşünü tələb ediblər, bundan sonra rayon meri və bölgə qubernatoru gəlib. Müsəlmanlar seçki dövründə hakim partiyaya səs verərlərsə onlara məscidin tikilməsinə icazə veriləcəyi vədi verildiyini, lakin indi bu vədin yerinə yetirilmədiyini söyləyiblər, qubernator isə onlar tərəfindən belə bir vəd verilmədiyini, bu sözün qeyri-rəsmi şəxslər tərəfindən verilə bilmə ehtimalı olduğunu dilə gətirib. Müsəlmanar və rəsmi şəxslər arasında danışıqlar nəticəsiz qaldığından dolayı müsəlmanlar Buknari kəndinin mərkəzinə, xristiyanların toplaşdıqları tərəfə hərəkət etmə qərarına gəliblər. Bundan sonra ortalığın qarışacağını nəzərə alan hüquq mühafizə orqanları hadisə yerinə cəlb olunub. Hazırda Buknari kəndində vəziiyyət gərgin olaraq qalmaqdadır, kəndin mərkəzində hər iki tərəf aksiya keçirir, polis isə onların bir-birinə yaxın getməmələri üçün mərkəzdə canlı səd qurub. Qeyd edək ki, yayılan qeyri rəsmi məlumatlara görə, olası qarşıdurma ehtimalına görə kəndə hüquq mühafizə orqanları ilə yanaşı xüsusi təyinatlılar da səfərbər olunub.
ŞƏRH YAZ
3