Salome Zurabişvili sərt danışdı -
01.08.2020 10:59
776
Siyasət
A
Salome Zurabişvili sərt danışdı - "Onu əfv etməyəcəm"
Gürcüstan prezidenti Salome Zurabişvili həbs olunmuş Giorgi Ruruanı əfv etmək niyyətində deyil. Aktual.ge-nin verdiyi xəbərə görə, ölkə başçısı Okruaşvili və Uqulava haqqında etdiyi işi təkrarlamaq niyyətində olmadığını söyləyib. “Üç ay əvvəl çox çətin bir qərar verdim, cəmiyyətin bir hissəsinin anlaması çətin və ya açıq şəkildə qəbuledilməz oldu, iki nəfəri əfv etdim. Bu insanlar, iddialarına baxmayaraq, siyasi məhbus deyildilər, cinayətkar oldular və mən də onları cinayətkar kimi əfv etdim. Bu ölkədə siyasi məhbuslar yoxdur, amma mən bu çətin qərarı ölkənin maraqları naminə vermişdim. Şəxsən mən bu addımın konstitusiya dəyişikliklərinə, seçkilərin dinc və ədalətli keçirilməsinə səbəb zəmin yaradacağını hiss etmişdim. Bunu bir daha təkrar etməyəcəyəm. Mənə bu haqda verilən suala belə cavab verəcəm, 'Bu şəxsi əfv etməyəcəm'. Gürcüstan cəmiyyəti onun haqqında hər şeyi məndən daha yaxşı bilir, niyə əfv barədə qərar verməyəcəyimi də bilir",-deyə prezident S.Zurabişvili deyib. Xatırladaq ki, 30 iyul tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə “Mtavari arxi” telekanalının təsisçilərindən biri, iş adamı Giorgi Rurua odlu silahın qanunsuz əldə olunması və saxlanılmasında ittiham edilərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. Ölkə müxalifəti isə onun siyasi məhbus olduğunu hesab edir və azadlığa buraxılmasını tələb edir.
ŞƏRH YAZ
7