Çoxatauri Bələdiyyəsinin Buknari kəndində qalmaqal baş verib
15.01.2021 13:36
301
Din
A
Çoxatauri Bələdiyyəsinin Buknari kəndində qalmaqal baş verib
Çoxatauri Bələdiyyəsinin Buknari kəndində yerləşən kilsənin yaxınlığında qalmaqal baş verib. Aktual.ge xəbər verir ki, şifahi qarşıdurma "Vahid Milli Hərəkat" üzvü Beso Katamadze ilə majoritar millət vəkili Vasil Çiqoqidze arasında olub. Qarşıdurma Beso Katamadzenin Vasil Çiqoqidzeyə yerli sakinlərə məscid tikəcəyini vəd etdiyini və verdiyi vədləri yerinə yetirməsini tələb etməsindən sonra başlayıb. "Gürcü Arzusu"*nun nümayəndələri isə onu təxribatçı adlandırıblar. Beso Katamadze hüquq-mühafizə orqanları tərəfindən ərazidən kənarlaşdırılıb. Buknari kəndindəki xristian və müsəlman əhali arasında növbəti görüş bu gün müsəlmanların edəcəyi ibadətdən sonra keçiriləcək. Görüşdə hökumət nümayəndələri də iştirak edəcək.
ŞƏRH YAZ
0