Qaracalar əhalisi kənd təsərrüfatı məhsullarını ixrac edə biləcək
01.08.2020 15:47
635
Maraqlı
A
Qaracalar əhalisi kənd təsərrüfatı məhsullarını ixrac edə biləcək
Bu gündən karantin zonası elan edilmiş Qaracalar kəndinin əhalisi kənd təsərrüfatı məhsullarını bazara çıxara biləcək. Aktual.ge xəbər verir ki, bu barədə Qardabani şəhərinin meri Ramaz Budağaşvili bildirib. Onun sözlərinə görə bunun üçün on mikroavtobus ayrılıb və məhsullar 21:00-dan etibarən çıxarılacaq. "Məhsullar götürülməzdən əvvəl yerli sakinlər koronavirus üçün sınaqdan keçiriləcək. Bundan əlavə 66 nəfər Qardabani bələdiyyəsində "PCR" testindən keçib və onlardan heç birində yoluxma aşkarlanmayıb. Koronavirus testinin nəticələrini aldıq və sevindirici haldır ki, hamısı mənfidir. İki qrup epidemioloq hələ də işləyir. Bu gündən etibarən yerli əhali öz məhsullarını sata biləcəkdir. Topdan və məftillik bazarına girən şəxslər qanuna uyğun olaraq tam nəzarətdə olacaqlar. Tədqiqat üçün bioloji material təqdim edəcəklər və mənfi cavabın olduğu halda bazara girmək imkanı veriləcək. Məhsullargündəlik olaraq satılır lakin əhali öz məhsullarını özlərinin çıxarmaqlarını tələb edirdilər. Alıcı buraya gədlikdə aşağı qiymət ödədiyini bildirirdilər" - deyə Ramaz Budağaşvili bəyan edib. Qardabani Bələdiyyəsindəki Qaracalar kəndi artıq 9 gündür ki, yüksək epidemioloji riskə görə bağlanıb.
ŞƏRH YAZ
1