Hökumət dəyişir? - Kaladzedən açıqlama
15.01.2021 17:54
966
Siyasət
A
Hökumət dəyişir? - Kaladzedən açıqlama
Hakim "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze, Nazirlər Kabinetində dəyişikliklərin yazda planlaşdırıldığı barədə məlumatı düşünülmüş bir şayiə adlandırıb. Aktual.ge xəbər verir ki, o, bununla bağlı "Palitranius" efirində qonaq olarkən söyləyib. O ifadə edib ki, heç bir hökumət dəyişikliyi planlaşdırılmır. “Bunlar məqsədyönlü şayiələrdir. 2011-12-ci illərdən bəri siyasətdəyəm və hər zaman bu tip konkret siyasətçilər, insanlar, siyasi partiyalar haqqında şayiələr var. Təəssüf ki, bu, Gürcüstan siyasətini müşayiət edən bir prosesdir - müəyyən bir partiya və siyasətçi haqqında şayiələr, intriqalar, hədəfli təbliğatdır. Komandada hər hansı bir dəyişiklik gözlənilirsə, danışılacaq, kimsə bu barədə gizli danışmayacaq. Bütün bunlar xalqa məlum olacaq, heç bir dəyişiklik və hökumət dəyişikliyi planlaşdırılmır",-deyə K.Kaladze bildirib.
ŞƏRH YAZ
13