NATO-nun baş katibi Salome Zurabişvili ilə görüşəcək
15.01.2021 20:05
184
Siyasət
A
NATO-nun baş katibi Salome Zurabişvili ilə görüşəcək
NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 22-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşəcək. Aktual.ge xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib. Məlumata əsasən, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq. S.Zurabişvili NATO-Gürcüstan komissiyasının toplantısında da iştirak edəcək. Görüşdən sonra baş katib və Gürcüstanın dövlət başçısı birgə mətbuat konfransı keçirəcəklər.
ŞƏRH YAZ
4