Makron Ərdoğana məktub yazdı - Ankaranın cavabı gecikmədi
15.01.2021 20:18
716
Dünya
A
Makron Ərdoğana məktub yazdı - Ankaranın cavabı gecikmədi
Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana münasibətləri yaxşılaşdırmaq istədiyinə dair məktub göndərib. Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb. “Makron məktubunda Türkiyənin Avropa üçün əhəmiyyətini vurğulayıb və gələcəkdə Prezident Ərdoğanla görüşüb rəsmi Ankara ilə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib”, - Çavuşoğlu bildirib. Nazir Prezident Ərdoğanın bu təklifi qəbul etdiyini deyib. Qeyd edək ki, məktubun bəzi hissələrində Makron türkcə sözlərdən istifadə edib.
ŞƏRH YAZ
3