İlham Əliyev: “Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
16.01.2021 00:42
767
Dünya
A
İlham Əliyev: “Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
Azərbaycanın Prezidenti İlham Əliyev Azərbaycan xalqının hər zaman müstəqillik eşqi ilə yaşadığını bildirib. Aktual.ge xəbər verir ki, bunu Azərbaycan Dövlət başçısı Şuşa şəhərində ziyarətdə olarkən söyləyib. “Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi. Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu, cəfəngiyatdır, Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bizi buna məcbur ediblər, zorla, öz xoşumuzla yox”, - deyə İ.Əliyev qeyd edib.
ŞƏRH YAZ
2