Ən qədim planet tapıldı
Amerikalı astronomlar kainatın ən qədim planetini aşkar ediblər.
Aktual.ge xarici mətbuata istinadən xəbər verir ki, TOI-561b adı verilən planetin yaşının 10 milyard ilə yaxın olduğu hesab edilir.
TOI-561b planeti Yerdən təxminən 1,5 dəfə böyükdür və 280 işıq ili uzaqda yerləşir.
Qeyd edək ki, Yer Kürəsinin yaşı 4,5 milyard ilə bərabərdir.