Şalva Natelaşvili:
01.08.2020 16:35
1091
Siyasət
A
Şalva Natelaşvili: "Zurabişvili dünya yumorunun miqyasından üstündür"
"Leyboristlər Partiyasının" lideri Gürcüstan prezidentinin qərarı barədə danışıb. Aktual.ge xəbər verir ki, Şalva Natelaşvili Salome Zurabişvilinin Qiorqi Rurua haqqında verdiyi bəyanatın faciəvi bir yumor olduğunu bildirib. “Mən Putinin tövsiyəsi ilə Gürcüstana gətirilmiş prezidentin siyasi məhbusu əfv etməməsi barədə bəyanat vermək istəyirəm. Bu qadının bir müddət əvvəl əfv edilmiş polis qatillərini, narkotik ticarəti və pedofilləri bağışladığı bir dövrdə siyasi məhbusu əfv etməyəcəyi ilə bağlı açıqlaması dünyadakı bütün yumorlardan üstündür amma bu çox faciəvi bir yumordur. Bu isə onun və onu Parisdən bu vəzifəyə gətirənlər üçün pis başa çatacaq" - deyə Şalva Natelaşvili əlavə edib. Xatırladaq ki, Salome Zurabişvili "Mtavari Arxi"nin səhmdarı olan Qiorqi Ruruanı əfv etməkdən imtina edib. Tbilisi Şəhər Məhkəməsi Qiorqi Ruruanı günahkar bilib və 4 il azadlıqdan məhrum edib.
ŞƏRH YAZ
0