SON DƏQİQƏ! Tbilisidə QARIŞDI - Çox sayda saxlanılan var
16.01.2021 14:06
2559
Siyasət
A
SON DƏQİQƏ! Tbilisidə QARIŞDI - Çox sayda saxlanılan var
Tbilisidə hakim "Gürcü Arzusu" partiyasının qurultayı keçirildiyi “Expo Georgia” sərgi mərkəzinin qarşısında etiraz aksiyası təşkil olunub. Aktual.ge xəbər verir ki, ictimai fəallar yolu bağlamağa və banner yerləşdirməyə cəhd etsələr də, polis buna imkan verməyib. Aksiya iştirakçıları bildiriblər ki, etiraza səbəb partiyanın parlament seçkilərinin nəticələrini "saxtalaşdırmasıdır". Polis və aksiyaçılar arasında bir neçə dəfə qarşıdurma baş verib. Nəticədə 9 ictimai fəal saxlanılıb. Mərkəz qarşısında vəziyyət gərgin olaraq qalır. Qeyd edək ki, “Gürcü Arzusu”nun qurultayı yerli vaxtla saat 14:00-da başlayıb. Toplantıda partiyanın yeni sədri seçiləcək.
ŞƏRH YAZ
1