İrakli Kobaxidze
16.01.2021 14:24
216
Siyasət
A
İrakli Kobaxidze "Gürcü Arzusu"nun sədri seçildi
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurultayı keçirilir. Aktual.ge xəbər verir ki, toplantıda İrakli Kobaxidzenin partiyanın sədrliyinə namizədliyi yekdilliklə dəstəklənib. Yeni sədr göstərilən etimada görə minnətdarlığını bildirib. Qurultayda partiyanın 21 üzvdən ibarət Siyasi Şurası formalaşıb, icraçı və siyasi katiblər də seçilib. Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. Partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib.
ŞƏRH YAZ
15