Məktəb müəllimlərinə Nazirlikdən sevindirici xəbər
16.01.2021 15:36
1176
Mədəniyyət
A
Məktəb müəllimlərinə Nazirlikdən sevindirici xəbər
Dövlət məktəblərindəki böyük və aparıcı müəllimlərə əlavə maaş veriləcək. Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Təhsil nazirliyi yayır. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, dövlət məktəblərinə yanvar ayından etibarən hər ay əlavə maliyyə ayrılacaq. 2018-ci ildə xüsusi təhsildə çalışan (inklüziv) mütəxəssislər sistem tərəfindən müəllim kimi tanındı. "Müəllimlərin peşəkar inkişafı və onların yüksəldilməsi Gürcüstan Hökumətinin prioritetidir, bu səbəbdən maaşlarının artırılması prosesi davam edir. 2019-cu ilin oktyabr ayında müəllimlərin maaşları 150 lari artırıldı. İqtisadi çətinliklərə baxmayaraq, mövcud pandemiya şəraitində, 2021-ci ilin yanvar ayında tam iş yükü olan (15 saat) böyük, aparıcı və mentor müəllimlər üçün maaş əlavəsi 100 lari artırılacaqdır. Əmək yükü tam olmayanlara da mütənasib hesablama qaydasına uyğun olaraq maaş əlavəsi ayrılacaq”-deyə məlumatda qeyd olunub.
ŞƏRH YAZ
16