Devlet Bahçeli Şuşada məktəb inşa etdirmək istəyir
16.01.2021 16:15
341
Dünya
A
Devlet Bahçeli Şuşada məktəb inşa etdirmək istəyir
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu uyğun hesab edirsə, məqsədimiz şəxsi göstərişim əsasında 'Ülkü Ocakları Təhsil və Kültür Vəqfi' tərəfindən Şuşada doqquz sinif ibtidai məktəb inşa etməkdir". Aktual.ge xəbər verir ki, bunu Türkiyənin "Milliyətci Hərəkat Partiyası"nın (MHP) lideri Devlet Bahçeli özünün rəsmi "Twitter" səhifəsində yazıb. "Azərbaycan İstiqlal Marşı 30 yanvar 1920-ci ildə qəbul edilmişdir. Marşın müəlimi mərhum Əhməd Cavad, bəstəkarı Şuşada anadan olan mərhum Üzeyir Hacıbeylidir. İnşa etmək istədiyimiz ibtidai məktəbin adı Üzeyir Hacıbeyli və təməlqoyma günü növbəti 30 yanvar 2021-ci il olacaq",-deyə MHP lideri ikinci bir paylaşımında qeyd edib.
ŞƏRH YAZ
1