Türkiyə ordusu 6 terrorçunu məhv etdi
02.08.2020 01:06
262
Dünya
A
Türkiyə ordusu 6 terrorçunu məhv etdi
İraqın şimalında PKK terror təşkilatının altı üzvü zərərsizləşdirilib. Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İraqın şimalındakı PKK düşərgələrinə endirdiyi zərbələr nəticəsində daha altı terrorçu məhv edilib. Bundan əlavə, 5 terrorçu Şırnak bölgəsində Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
ŞƏRH YAZ
0