Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı
Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa daha (COVID-19) 6 yoluxma halı qeydə alınıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1177 nəfərə çatıb.
Qeyd edək ki, ölkədə koronavirus səbəbi ilə hazırda 6969 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 955 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.