Anri Oxanaşvili:
02.08.2020 12:07
947
Siyasət
A
Anri Oxanaşvili: "Kimin əfv olunub kimin olunmayacağına prezidentin özü qərar verər"
"Kimin əfv olunacağına və ya olunmayacağına prezidentin özü qərar verər". Aktual.ge xəbər verir ki, bu barədə Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili bildirib. Onun sözlərinə görə Gürcüstanda siyasi məhbus yoxdur. "Əfv məsələsi Gürcüstan prezidentinin müstəsna səlahiyyətidir. Ona görə əlavə qiymətləndirmə edə bilmərəm. Konkret qərar verilməlidir. Bu cəhətdən əlavə fərziyyələrə son qoymalıyıq. Kimin nə vaxt və hansı vəziyyətdə əfv olunacağına prezidentin özü qərar verər. Mən qərar verən şəxs olmadığım üçün cavab verə bilmərəm. Partiya, hökumət və hakimiyyət ayrı, prezident isə müstəqil bir qurumdur. Prezidentin səlahiyyətlərinə hər hansı bir şəkildə müdaxilə etmək və ona hansı qərarlar qəbul etmək barədə məsləhət vermək səlahiyyətimiz yoxdur. Bu onun müstəsna hüququdur" - deyə Oxanaşvili bəyan edib. Mənbə: 1tv.ge
ŞƏRH YAZ
1