Tamar Baaçaliaşvilinin anası: "ABŞ səfirinə müraciət edəcəm"
Mərhum Tamar Baaçaliaşvilinin ailəsi Federal Təhqiqat Bürosunun (FTB) istintaqa cəlb olunmasını tələb etmək niyyətindədir.
Aktual.ge xəbər verir ki, bu barədə jurnalistlərə mərhumun anası Teona Tamazaşvili deyib.
O, Amerikanın Gürcüstandakı səfirinə şəxsən müraciət edəcəyini bildirib.
“FTB-nin istintaqda iştirakını tələb edəcəm. Səfirə birbaşa müraciət edirəm. "Əgər prokurorluq bunu rədd etsə, aydın olacaq ki, bu onlara sərf etmir və onlar günahkardırlar",-deyə mərhum T.Baaçaliaşvilinin anası bildirib.
Məlumat üçün qeyd edək ki, T.Baaçaliaşvili iyulun 18-də itkin düşmüşdü. Gənc proqramçı son dəfə Tetritskaro rayonundakı müşahidə kameraları tərəfindən görülmüş, 5 günlük axtarışdan sonra Tetritskaro meşəsi yaxınlığında avtomobilində ölü tapılmışdı.