Gürcüstanda qida məhsullarının qiyməti bahalaşıb
03.08.2020 19:33
224
İqtisadiyyat
A
Gürcüstanda qida məhsullarının qiyməti bahalaşıb
Statistikaya əsasən, 1 il ərzində meyvə 32%, süd məhsulları 14.6%, ət məhsulları 11.5%, çörək və çörək məhsulları isə 9.4% bahalaşıb Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi iyul ayı üzrə inflyasiya nisbətlərini açıqlayarkən qeyd olunub. Beləliklə ölkədə iyul ayında illik inflyasiya 5,7 faiz təşkil edib. Statistik göstəricilərə əsasən, spirtli içkilər və tütün qrupunda qiymətlərdə 9% artım müşahidə edilib. Tütün məhsullarının (12,7 faiz), həm də spirtli içkilərin (5,9 faiz) qiyməti artıb. Nəqliyyat qrupunda qiymətlər 9,3%, şəxsi nəqliyyat vasitələrinin istismarı (-11.9%) və nəqliyyat xidmətlərində (-7.1 %) qiymətlər azalıb. Əlavə olaraq qeyd edək ki, “BPN” nəşri iyul ayında Gürcüstanda ən çox bahalaşan 10 qida məhsulu açıqlayıb: Qreçka (qarabaşaq) – 122,71% Alma – 58,68% Portağal – 50,45% Şaftalı – 41,73% Sarımsaq – 39,74% Kivi – 39,44% Göyərti – 37,12% Qurudulmuş lobya – 29,78% Qarpız – 28,14% Balığ konservləri – 27,60%
ŞƏRH YAZ
0