Polis Poniçalada xüsusi əməliyyat keçirdi - 4 nəfər SAXLANILDI VİDEO
03.08.2020 20:26
362
Kriminal
A
Polis Poniçalada xüsusi əməliyyat keçirdi - 4 nəfər SAXLANILDI VİDEO
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində Poniçala qəsəbəsi və Qardabanidə mütəşəkkil dəstənin 4 narkotik alverçisini gözaltına alıblar. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat verilib. Məlumata əsasən, hakimin qərarı əsasında aşağıdakılar saxlanılıb: FB, 1976-cı il təvəllüdlü, 1978-ci il təvəllüdlü D.C., 1982-ci il təvəllüdlü Ş.V və 1977-ci il təvəllüdlü A.M. Sözügedən şəxsləri 8 ildən 20 ilə və ya ömürlük həbs cəzası gözləyir. DİN-in məlumatında qeyd olunub ki, istintaq nəticəsində məlum olub ki, sözügedən dəstə narkotik vasitələrin satışını xüsusi hazırlanmış sistem əsasında gerçəkləştiriblər. Onlar telefon vasitəsi ilə müxtəlif məbləğ qarşılığında müştəriləri narkotik vasitələrinin təklif edir, daha sonra isə razılıq əldə edilən yerdə narkotik vasitəni qizlin yerə buraxaraq yerini söyləyirlərmiş. Məlumatda eləcədə vurğulanıb ki, narkotik vasitələrin satışındakı pul dövriyyəsi ümumilikdə 2 milyon lari təşkil edib. Saxlanılan şəxslərin evlərində və avtomobillərində aparılan axtarış zamanı polis sübut kimi heroin, külli miqdarda pul, həmçinin mobil telefonları və bank kartlarını ələ keçirib.
ŞƏRH YAZ
0