Anşlaqla "Era Teatrı"nın yeni ofisinin açılış baş tutub - FOTO
Paytaxt Tbilisidə anşlaqla "Era Teatrı"nın yeni ofisinin açılış mərasimi baş tutub.
Bu barədə Aktual.ge xəbər portalına "Era Teatrı"ndan məlumat verilib.
Belə ki, teatrın bədii rəhbəri Anar Rafiqoğlu tədbiri açaraq, iştirakçıları salamladıqdan sonra çıxış etmək üçün sözü qonaqlara verib. Çıxışçılardan: Gürcüstan parlamentinin üzvü Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları şəhər mərkəzindəki yeni ofisin açılışından məmnunluqlarını ifadə edib, teatrın kollektivinə yeni uğurlar arzulayıblar.
50-yə yaxın iştirakçının qatıldığı açılışda, "Era Teatrı"nın üzvləri ilə yanaşı, onlarla aktiv gənc, ziyalılar yer alıb. Bədii hissədə gənc aktyor Əli İlqaroğlunun monoloqu böyük alqışlara səbəb olub. Daha sonra tədbir furşet ətrafında davam edib.
Xatırladaq ki, "Era Teatrı"nın "Aktyorluq, teatr və kino" kursları layihəsinin dəstəkçisi Azərbaycan Diasporuna Dəstək fondudur və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində gerçəkləştirilib.