Bu QAYDALARA riayət edərək toy etmək olar
04.08.2020 18:32
1031
Maraqlı
A
Bu QAYDALARA riayət edərək toy etmək olar
20 iyuldan açıq havada Sosial tədbirlər ( onlar arasında toy, istənilən yubiley, mərasim tədbirləri) keçirilməsinə icazə verilib. Aktual.ge xəbər verir ki, bu tədbirlərə qatılan iştirakçı sayı 100 nəfərdən artıq olmamalıdır. Sosial tədbirlərin keçirilməsi isə səhiyyə nazirliyi tərəfindən işlənmiş protokola nəzərən baş tutmalıdır. Nazirlik tərəfindən işlənən protokol terası/ verandası/ açıq restoranı olan qida obyektləri üçün belədir : Oturacaqlar arasında məsafə 2 metrdən az olmamalıdır - oturacaqların beli arasında məsafə 1 metr olmalıdır 1 masa arxasında ən az 6 nəfər yerləşdirin; Əlavə olaraq 12 yaşadək uşağı bir masa arxasında yerləşdirmək icazəlidir ; Əgər oturacaqları 2 metr məsafə ilə yerləşdirmək mümkün deyilsə müvəqqəti qoruyucu baryerlər istifadə olunmalıdır ; Masalara xidmət individual üsuldan istifadə edilməlidir ; Qapalı tipli qida obyektləri üçün aşağıdakı tələblər bunlardır : Individual xidmətdən istifadə edilməli ; Oturacaqların ara məsafəsi 2 metr olmalıdır ; Bir masa arxasında yerləşdirilmiş insanların arası ən azı 1 metrdən az olmamalıdır ; Bir nəfərin masa arxası tutumu sahəsi ən az 2.25 m2 olmalıdır ; Oturacaqların bel arası məsafəsi ən azı 1 metr olmalıdır ; Bir masa arxasında ən azı 6 nəfər yerləşdirilməlidir; Əlavə olaraq 12 yaşadək uşağı bir masa arxasında yerləşdirmək icazəlidir; 30 kvm-dək ümumi qida sahəsi üçün müvəqqəti qoruyucu baryer icazəli deyil; 31 kvm-dən yuxarı ümumi qida sahəsinin 50 %-lik hissəsində müvəqqəti qoruyucu baryer icazəlidir. ( 1 nəfərin yerləşmə sahəsi azı 1.8 m2 olmalıdır) ; Qapalı yerlərdə təbii havalandırma təmin edilməlidir. Əgər buna imkan yoxdursa süni havalandırma sistemindən istifadə edin. Qonaqları üçün birdəfəlik nəşr edilmiş menyularla təmin edin. Elektron menyuları təklif edən zaman menyu lövhəsi ilə bərabər dezinfeksiyaedici məhlul qoyun. İçkidən istifadə obyektlərində (barlarda ) barmenlərlə müştərilər arasında baş tutacaq birbaşa ünsiyyətdən çəkinmək üçün individual üsulla masaya aparma xidmətindən istifadə edilməlidir. Mənbə: İnterpress.ge
ŞƏRH YAZ
0