08.02.2021 10:42
447
Hadisə
A
"Lilo" bazarında yanğın söndürülüb
Tbilisidə yerləşən ən böyük qeyri-ərzaq bazarı olan “Lilo Mall”da yanğın lokalllaşdırılıb. Aktual.ge xəbər verir ki, Fövqəladə Hallar İdarəetmə Xidmətinin Tbilisi Baş İdarəsinin rəisi Otar Kereselidzenin də bildirib ki, artıq yanğın söndürülüb. O.Kerselidzenin jurnalistlərə verdiyi məlumata görə, "Lilo Mall"da 60 kvadratmet yanıb və xəsarət alan olmayıb. O əlavə edib ki, hazırda yanğının səbəbləri məlum deyil: "Bütün müvafiq xidmətlər yerindədir və yanğının baş vermə səbəbi araşdırılır". Qeyd edək ki, bu gündən iki aylıq fasilədən sonra Gürcüstanda qeyri-ərzaq bazarları fəaliyyətlərini bərpa edib. Ticarət obyektləri koronavirs pandemiyası səbəbindən ötən ilin noyabrın 28-dən bağlı olub.
ŞƏRH YAZ
3