Koronavirusa yoluxanların sayı 15 nəfər artdı - Ölkədəki son vəziyyət açıqlandı
05.08.2020 10:49
158
Sağlamlıq
A
Koronavirusa yoluxanların sayı 15 nəfər artdı - Ölkədəki son vəziyyət açıqlandı
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1 197 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 7 066 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 974 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.
ŞƏRH YAZ
1